Rusiya Finlandiyanın hava məkanını pozdu

23:00 - 10 İyun 2024

Rusiya Finlandiyanın hava məkanını pozdu

Rusiya hərbi təyyarəsi Loviysa yaxınlığında Finlandiyanın hava məkanını pozub.

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün səhər saatlarında təyyarə təxminən iki dəqiqə Finlandiya hava məkanında olub və sərhəddən 2,5 km dərinliyə uçub”, - nazirlikdən bildirilib.

Finlandiyanın müdafiə naziri Antti Hakkyanen məsələ ilə bağlı bunları deyib: “Biz sərhədlərimizin pozulmasını ciddi yanaşırıq, məsələ ilə bağlı araşdırmaya başlanılıb”.

Bu, Skandinaviya ölkəsinin NATO alyansına qoşulmasından sonra ilk belə hadisədir.

Xatırladaq ki, Rusiya təyyarələri tərəfindən Finlandiya hava məkanının pozulmasına dair sonuncu təsdiqlənmiş hal 2022-ci ilin avqustunda baş verib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin