Kremldən ilk Avropa Parlament seçkilərinə şərh: "Əksəriyyət Ukraynayönlüdür"

14:07 - 10 İyun 2024

Kremldən ilk Avropa Parlament seçkilərinə şərh:

“Avropa Parlamentinə (AP) seçkilərin nəticələri göstərir ki, çoxluq avropapərəst və Ukraynayönlü olacaq”

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Jurnalistlərlə keçirdiyi mətbuat konfransında AP seçkilərinin nəticələri ilə bağlı dəyərləndirmələr aparan Peskov Rusiyanın AP-də qüvvələr balansını yaxından izlədiyini və sağçı partiyaların populyarlığının artması dinamikasının müşahidə edildiyini qeyd edib.

Peskov, Avropayönlü partiyaların güclərini qoruyub saxlasa da, sağ partiyaların zamanla onlara yetişə biləcəyini bildirib:

“Görünür, çoxluq həqiqətən də avropapərəst və Ukraynayönlü olacaq. Lakin AP-nin gələcək strukturunu da təhlil etmək lazımdır”.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin