Marsda ilk dəfə - donmuş su aşkarlandı

10:55 - 11 İyun 2024

Marsda ilk dəfə - donmuş su aşkarlandı

ABŞ və Avropa astronomları ilk dəfə olaraq Olimp dağının zirvəsi və yuxarı yamaclarında buz aşkarlayıblar. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Marsın orbitinə çıxan iki kosmik gəmi "qırmızı planet"in ekvatoru yaxınlığında yüksələn vulkanların üzərində 60 olimpiya hovuzu ölçüsündə donmuş su aşkar edib.

Avropa Kosmik Agentliyi  Günəş sisteminin ən hündür vulkanları olan Tarsis vulkanlarında şaxta aşkar edib. Elm adamları əvvəllər Marsın bu bölgəsində şaxtanın qeyri-mümkün olacağını düşünürdülər. Tədqiqatçı Adomas Valantinas:

-"Keçmişdə biz düşünürdük ki, Marsın ekvatoruna yaxın dağların zirvələrində buz əmələ gələ bilməz, çünki planetin atmosferinin incəliyi və günəş işığının çox olması səbəbindən orada temperatur yüksək olur. Buz Marsın iqliminin fərqli olduğu və yağıntıların bu vulkanların zirvələrinə düşdüşdü vaxtdan bəri formalaşıb", -  deyə açıqlamasında qeyd edib. 

Şaxta, insan saçının qalınlığı (təxminən millimetrin yüzdə biri qalınlığı) qədər olsa da, çox böyük ərazini əhatə edir.

Qeyd edək ki, bu, Marsda soyuq mövsümlərdə təxminən 150 min ton suyun donması və buxarlanması deməkdir. 

 

ESA/TGO/CaSSIS

 

Fidan Əliyeva

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin