Xristianların ən qədim kitabı rekord qiymətlə satışda

11:27 - 11 İyun 2024

Xristianların ən qədim kitabı rekord qiymətlə satışda

Dünyanın ən qədim dini kitablarından biri olan "Crosby-Schoyen Codex" Londonda hərraca çıxarılıb.

 

Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, Misirdən gələn bu qədim əlyazma kitabı xristianlığın ən qədim dini kitabıdır. 

1700 il əvvələ aid olan əsər qədim Misirdə istifadə edilən kopt dilində beş əsas xristian mətnini ehtiva edir. 

Artıq bütöv olmayan tarixi əlyazmanın qiymətinin 3 milyon funt-sterlinqə (3,8 milyon dollar) qədər ola biləcəyi təxmin edilir. 

40 il ərzində yazılmış və Qədim Misirdə geniş istifadə olunan papirus vərəqlərindən ibarət kitabda cəmi 104 səhifə əlyazma mətni var.

"Crosby-Schoyen Codexbeş fərqli müəllif tərəfindən yazılmışdır və bunların hamısı eramızın III əsrində eyni “katib” tərəfindən köçürülmüşdür. 

Xatırladaq ki, bu əsər xristian mədəniyyəti və ədəbiyyatının doğulmasının əsas nümunələrindən biri hesab olunur.

 

Dünyanın ən qədim kitablarından biri sabah satışa çıxarılır: Onun dəyəri 3,8 milyon dollardır - 1

 

Fidan Əliyeva


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin