Arı sancan kişi öldü

12:30 - 11 İyun 2024

Arı sancan kişi öldü

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 48 yaşlı Lokman Kaynar adlı kişi özünün yetişdirdiyi arıların sancması nəticəsində həyatını itirib.

 

Manset.az oxu.az-a istinadən bildirir ki, bal istehsalçısı olan Lokman Kaynar arılara baxmaq üçün pətəklərin yanına gəlib. Bu zaman bir qrup bal arısı kişiyə hücum edərək onu sancıb.

Lokman Kaynar allergik şok keçirib və nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Ailəsi dərhal təcili yardım çağırıb. Nəfəsi dayanan kişi təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin