İranda zəlzələ oldu

13:09 - 11 İyun 2024

İranda zəlzələ oldu

İranın Kirman əyalətinin Zərənd şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Zəlzələ yerli vaxtla səhər saat 03:40-da qeydə alınıb. Yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.

Zərənd şəhərinin başçısı Rza Hüseyninejad zəlzələ nəticəsində dağıntıların olmadığını bildirib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin