Məşhur alim danışmaq və yerimək qabiliyyətini itirdi

14:09 - 11 İyun 2024

Məşhur alim danışmaq və yerimək qabiliyyətini itirdi

Dünyanın aparıcı mütəfəkkirlərindən olan Noam Çomskinin yerimək və danışmaq qabiliyyətini itirdiyi açıqlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Çomskinin tələbəsi və keçmiş köməkçisi Bev Stohl məlumat verib.

O, 95 yaşlı mütəfəkkirin ömrünün sonuna qədər ictimaiyyətlə danışmağının onun üçün çətin olduğunu qeyd edib.

Çomskinin sağlamlıq vəziyyəti ilə bağlı ilk müzakirələr Stohlun fevral ayında Reddit Forumunda paylaşdığı mesajla başlayıb.

2022-ci ildə nəşr olunan “Çomski və mən” kitabının da müəllifi olan Stohl, səhhətinin yaxşı olmadığını bildirərək, Çomskinin zənglərə və e-poçtlara cavab verməməsi ilə bağlı çoxlu mesajlar aldığını ifadə edib.

Bunun üzərinə İngiltərə mərkəzli Media Lens-in Facebook-da paylaşdığı mesajda Fələstini dəstəkləyən açıqlamaları ilə tanınan Çomskinin İsrail qırğınları ilə bağlı açıqlama verməməsinin səhhəti baxımından narahatlıq doğurduğu bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin