Sabah bu kəndlərdə qaz olmayacaq

19:59 - 11 İyun 2024

Sabah bu kəndlərdə qaz olmayacaq

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, Masallı rayonu Bambaşı kəndində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1900 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin