Birləşmiş Millətlər Təşkilatından İsrail üçün "qara siyahı" qərarı

19:50 - 11 İyun 2024

Birləşmiş Millətlər Təşkilatından İsrail üçün

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail ordusu və təhlükəsizlik qüvvələrini münaqişə zonalarında uşaqlara zərər verənlər kimi qara siyahıya salıb.

 

Manset.az-ın xaric mediaya istinadən məlumatına görə, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin 2023-cü ilin məlumatlarını özündə əks etdirən və hələ də ictimaiyyətə açıqlanmayan “Uşaqlar və Silahlı Münaqişə Hesabatı”nda münaqişələrdə uşaqlara qarşı zorakılığın 2023-cü ildə dəhşətli həddə çatdığı bildirilib.

Hesabatda "Münaqişələrdə uşaqlara qarşı ciddi pozuntular 2023-cü ildə 21 faiz artıb" ifadəsi işlədilib.

Uşaqların ölümünə və yaralanmasına səbəb olan hadisələrin əvvəlki ilə nisbətən 35 faiz artdığı vurğulanan hesabatda, 2023-cü ildə uşaqlara qarşı 32 min 990 ciddi pozuntu qeydə alınıb.  

Hesabatda 2023-cü ildə 5 min 301 uşaq öldürüldüyü, 6 min 348 uşaq yaralandığı, 8 min 655 uşaq silahlı birləşmələr sıralarına cəlb edildiyi, 5 min 205 uşağın humanitar yardıma çatmasının qarşısı alındığı, 2 min 491 uşağın silahlı qruplarla əlaqəsi səbəbiylə həbs olunduğu, 4 min 356 uşağın isə qaçırıldığı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin