Bu tarixdən metronun iş rejimi dəyişir

14:36 - 12 İyun 2024

Bu tarixdən metronun iş rejimi dəyişir

15 iyun - Milli Qurtuluş Günü, eləcə də 16-17 iyun - Qurban bayramı ilə əlaqədar ölkəmizdə elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

 

Manset.az xəbər verir ki, bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

 

Bildirilib ki, Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16, 17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla tənzimlənəcək.

Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.

Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin