Bacısı dərsdən kəsildi deyə müəllimi döydü - VİDEO

17:54 - 12 İyun 2024

Bacısı dərsdən kəsildi deyə müəllimi döydü - VİDEO

Türkiyənin İstanbul şəhərində bacısının sinifdə qalması səbəbilə məktəb rəhbərliyi ilə danışmağa gedən qardaş müəllimə qarşı zorakılıq tətbiq edib.

 

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, həmin anlar mobil telefon vasitəsi ilə qeydə alınıb. 

Avqustun 30-da bacısının Peşə və Texniki Anadolu Liseyində dərsdən uğursuz olduğunu öyrənən böyük qardaş İbrahim Durmaz müəllimlər otağında Vedat Kömür və Orhan Bozqurtla mübahisə etməyə başlayıb. Mübahisə zamanı Durmaz müəllimə yumruqla hücum edib. Həmin anlar mobil telefonun kamerasına əks olunub. Kadrlarda İbrahim Durmazın “atamın arxasından danışa bilməzsən” dedikdən sonra müəllimə yumruq atdığı görünür. 

Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən ədliyyə naziri Yılmaz Tunç:

-“ 30 avqustda müəllimlər otağında müəllimə edilən fiziki hücumla bağlı İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladılıb. İstanbulun Ümraniye rayonundakı Peşə və Texniki Anadolu Liseyi və şübhəli nəzarətə alındı",- deyə qeyd edib.  

 

Fidan Əliyeva

 

 

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin