Təyyarədə gərginlik: ”İstidən öləcəyik”

18:56 - 12 İyun 2024

Təyyarədə gərginlik: ”İstidən öləcəyik”

Yunanıstanın paytaxtı Afina hava limanından Qətərə gedən Qətər Hava Yollarına məxsus təyyarənin yola düşməsinə az qalmış içəridə tüstü yaranıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mühərriklər dayandırıldıqdan sonra kondisionerlər də işə salınmadıqda bəzi sənişinlər 47 dərəcə istinin altında təyyarədə huşunu itiriblər. Təyyarədə saatlarla davam edən gərginlikdən sonra sərnişinlər videolarını Tiktokda paylaşmağa başlayıblar. Onlar təlaşa düşüb və “Öləcəyik, düşək” deyə qışqırırıblar.

Təyyarədəki avstraliyalılar əsəbiləşərək şikayət etməyə başlayıblar. Sərnişinlərdən bəziləri “Su istədim, dedilər ki, su yoxdur” deyib.

Təxminən 2 saat davam edən kabusdan sonra təyyarədən endirilən sərnişinlərin çərşənbə axşamı başqa təyyarə ilə Qətərə göndərildiyi bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin