"WhatsApp"da yenilik: Bundan sonra... – FOTO

19:15 - 12 İyun 2024

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Manset.az baku.ws-ə istinadən bildirir ki, yenilik "WhatsApp" son icma mediasıdır.

Yenilik Android 2.24.13.4 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb.

Bu yenilik sayəsində icma üzvləri icma daxilində paylaşılan bütün şəkillər, videolar və digər media fayllarının mütəşəkkil icmalına sahib olacaqlar.

Funksiya vasitəsilə icma üzvləri qrup söhbətlərində paylaşılan bütün son mediaları, o cümlədən hansı qrupların şəkillər, videolar və GIF-lərdən ibarət olduğunu asanlıqla görə biləcəklər.

Bundan əlavə, bu funksiya icma üzvlərinə multimedia məzmununun ölçüsü ilə bağlı təfərrüatlar təqdim edərək, bundan sonra  telefon yaddaşını daha effektiv idarə edə bilmələrini təmin edəcək.

Qeyd olunur ki, funksiya inkişaf mərhələsindədir və yaxın zamanlarda istifadəçilər üçün əlçatan olacaq.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin