Türkiyənin 5 vilayətində güclü yanğınlar başladı

19:54 - 12 İyun 2024

Türkiyənin 5 vilayətində güclü yanğınlar başladı

Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb. Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir.

Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işlərinin davam etdiyini deyib.

Valilik meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.

Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.

İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər saxlanılıb.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin