Məşhur cütlüyün oğlu cinsiyyət dəyişdirmişdi - Son halı - FOTO

10:35 - 13 İyun 2024

Məşhur cütlüyün oğlu cinsiyyət dəyişdirmişdi - Son halı - FOTO

Ötən aylarda cinsiyyət dəyişdirmə qərarına gələn türkiyəli məşhur aktrisa Çiçək Dilligil və sənətçi Bora Öztoprakın oğlu Ardahan Öztoprak sosial media hesabında paylaşdığı fotolarla diqqət çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amerikada yaşayan Ardahan Öztoprak cinsiyyət dəyişdirmə prosesinə girdikdən sonra adını dəyişərək Ayda olaraq İnstaqram hesabında da aktiv paylaşımlar edir.

Dostları ilə vaxt keçirən Öztoprak kafedə dodaq boyası sürərkən çəkdirdiyi fotonu və Amerikada gəzərkən çəkdirdiyi anları paylaşıb.

Aktrisa Çiçək Dilligil övladının cinsiyyət dəyişməsi prosesi ilə bağlı açıqlamasında bunları deyib:

"O, 26 yaşında bir fərddir. Uşağımızın yanındayıq; ailə olaraq onun yanındayıq. Adı indi Aydadır. Uzun bir prosesdir, bu səhər oyandım, bax belə dediyim bir proses deyil... Bu, həvəs və ya marjinal vəziyyət deyil. Amerikada yaşayır və mühüm klinikalardan dəstək alır".

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin