Bakıda motosikletlə təhlükəli manevrlər edən qazi saxlanıldı - VİDEO

11:35 - 13 İyun 2024

Bakıda motosikletlə təhlükəli manevrlər edən qazi saxlanıldı - VİDEO

Paytaxtın Nəsimi rayonu, 28 May küçəsində 99-E-906 dövlət qeydiyyat nişanlı motosikletlə hərəkət edən sürücü və bir nəfər sərnişinin xüsusi qoruyucu geyimdən istifadə etmədikləri, habelə motosikleti idarə edən şəxsin təhlükəli manevrlər etməklə digər hərəkət iştirakçılarına narahatlıq yaratdığı barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Manset.az Oxu.az-a istinadən xəbər verir ki , motosikleti idarə edən şəxsin İkinci Qarabağ müharibəsinin iştirakçısı, paytaxt sakini 1998-ci il təvəllüdlü Aqşin Quşçiyev olması müəyyən edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, həmin şəxs rayon polis şöbəsinə dəvət olunub və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

 


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin