Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
12 Sentyabr 2024
14:47 - 13 İyun 2024
YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününün 31 illiyinə həsr olunmuş “15 iyun-Milli Qurtuluş günü: Zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, YAP Veteranlar şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, “Bakı Metropoliteni” QSC-nin sədrinin müavini Hidayət Məmmədov, Yasamal rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və rayon ictimaiyyəti iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto sərgi və kitab sərgisinə baxış keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev fondu tərəfindən hazırlanmış ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən “İz” sənədli filmi nümayiş olunub.
Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Veteranlar şurasının üzvü, “91-lər”dən Şahlar Əsgərov tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunun sadəcə təqvim bayramı olmadığını, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd edib. O bildirib ki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və Özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir! Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Ulu öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Bu gün Azərbaycan xalqı unudulmaz Rəhbərin layilqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyimiz üçün açılan yolla qətiyyətlə addımlayır. Bu yol heç şübhəsiz Tarixi Zəfərlərimizin əldə olunması ilə daha da aydınlanmışdır.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Xasayeva bildirib ki, ölkəmizin bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyən etmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümumi mənafelər çərçivəsində bir araya gəlməsi, Azərbaycanın mənafelərinin qələbə qazanması üçün fundamental baza rolunu oynamışdır. Bu gün respublikamız ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bu inkişafın da əsas hərəkətverici qüvvəsi təbii ki, əldə olunan tarixi Qələbələrimiz təşkil edir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası özünün yenilməz gücünü əldə olunna Zəfərlərdə bir daha nümayiş etdirdi. Xalqımız dəmir yumruq kimi birləşərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə düşməni məğlub etdi. Möhtəşəm Zəfərlərin rəhni olan bu birlik və həmrəylik müstəqil dövlətimizin güc və qüdrət mənbəyidir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 31 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu öndər Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Bildirilib ki, Ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Belə ki, sənayenin inkişafı, istənilməyən səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz Ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Xüsusilə qeyd olunub ki, ümumilli lider Heydər Əliyevin səyi və iradəsi ilə 1978-ci ildə əsası qoyulmuş və bu gün Ulu Öndərin adını daşıyan Dərin Özüllər Zavodu ölkəmizin iqtisadi inkişafının təməl daşlarından birini təşkil edir. Məhz bunun əsasında Ulu öndər Heydər Əliyevin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən ulu öndər Heydər Əliyev müasir, müstəqil Azərbaycanın iqtisadi inkişafının əsasını qoyan tarixi şəxsiyyətdir. Beləliklə, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quran Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı. Vətənimizin əldə etdiyi uğurlarının aspektində tarixi Qələbələrimiz və bu Zəfərlərdə Ulu Öndər ideyalarının əsas həlledici rola malik olmasını xüsusi qeyd etmək lazıdır. Bu tarixi Zəfərləri və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Onun layiqli siyasi davamçısı cənab Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Bu gün ölkəmiz ulu öndər Heydər Əliyev ideyları ilə inkişaf edir. Bu ideyalarda öz növbəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərimizin əldə olunmasının təməlini təşkil edir.Çıxışın sonunda “İz” sənədli filminin ərsəyə gəlməsinə görə Heydər Əliyev fondunun rəhbərliyinə minnətdarlıq ifadə olunub.
Yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov vurğulayıb ki, bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Heç kəsə sirr deyil ki, bu siyasi kursun şah əsəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Şanlı Qələbələrdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin