Uzaqlara baxıb xəyala dalan Baydenin köməyinə İtaliyanın Baş naziri çatdı - FOTO

10:52 - 14 İyun 2024

Uzaqlara baxıb xəyala dalan Baydenin köməyinə İtaliyanın Baş naziri çatdı - FOTO

İtaliyanın ev sahibliyi ilə Borqo Eqanaziya şəhərində keçirilən G7 Liderlər Zirvə toplantısında iştirak edən ABŞ prezidenti Co Bayden qəribə davranışı ilə yadda qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dövlət başçıları paraşüt nümayişinə baxdıqdan sonra birlikdə fotoşəkil çəkdirmək üçün toplaşan zaman Bayden fərqli istiamətə gedib.

İtaliyanın baş naziri Ciorcia Meloni Baydenin qolundan tutub digər liderlərin yanına gətirib.

Həmin anlar kameralara tuş gəlib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin