Nazir şəhidin adını daşıyan məktəbdə övladları ilə görüşdü - Video

11:15 - 14 İyun 2024

Nazir şəhidin adını daşıyan məktəbdə övladları ilə görüşdü - Video

Elm və təhsil naziri Emin Əmrullayev şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin “Son zəng” mərasimində iştirak edir. 
 

Manset.az xəbər verir ki, nazir məktəbin adını daşıyan şəhid Ramiz Qasımovun övladları ilə də görüşüb.

Qeyd edək ki, pilot R. Qasımov Vətən müharibəsində iştirak edib, 2020-ci il oktyabrın 22-də şəhid olub. Ölümündən sonra “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. 

Məktəbin direktoru Səidə Rəhimova jurnalistlərə bildirib ki, bu il məktəbin 43 şagirdi məzun olur:

"Məktəbin müəllim və şagird kontingentinin 70%-i hərbçi övladlarıdır. Məktəb cari ildə VII qrant müsabiqəsinin qalibi olub, cari ildə məktəbdə, həmçinin STEAM layihəsi tətbiq olunub. Eyni zamanda, icma əsaslı bağça fəaliyyət göstərir".

Direktor əlavə edib ki, məktəb 620 yerlik olmasına baxmayaraq, 1309 şagird təhsil alır. Bu gün şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlı da məktəbdən məzun olur.
 


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin