Naxçıvanda nəşi tapılan şəhidimizin məzarı– FOTO/VİDEO

12:44 - 14 İyun 2024

Naxçıvanda nəşi tapılan şəhidimizin məzarı– FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi qulluqçusu Ceyhun Hüseynovun nəşi iyunun 12-də Ordubadın Gənzə kəndində dəfn olunub.


Manset.az Bizim.Media/az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun məzarının yanında torpağa tapşırılıb.

Bu gün isə həmin kənddə mərhumun 3 və 7 mərasimləri keçirilir.

Xatırladaq ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb. 

Əslən Ordubaddan olan Ceyhun Hüseynov Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Təl-Əvivdə magistratura təhsili alıb. 



Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin