Yunanıstanda isti hava turistləri çətin vəziyyətə saldı

13:13 - 14 İyun 2024

Yunanıstanda isti hava turistləri çətin vəziyyətə saldı

İstilərin hakim olduğu Yunanıstanda xilasetmə qrupları, ziyarətə gələn turistlərin isti dalğası riski ilə bağlı kifayət qədər məlumatı olmadığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən həftə Simi adasında ölü tapılan məşhur teleaparıcı Maykl Mosli də daxil olmaqla, uzaq adalara səyahət zamanı itkin düşən turistlər üçün üç axtarış-xilasetmə əməliyyatı başlanılıb və güclü iş rejiminə keçirilib.

İyunun 5-də qızmar istidə tək başına çimərlik gəzintisinə çıxdıqdan sonra itkin düşdüyü bildirilən 67 yaşlı Moslinin ölümündə isti havanın mühüm rol oynadığına inanılıb və onun axtarışları 5 gün davam edib.

Son günlər turistlər Samos və Amorgos kimi digər adalarda itdikdən sonra təcili xidmətlər işə salınıb.

Turistlərin itməməsi üçün daha yaxşı tədbirlər görülməsinə çağırışlar edilib, yolların yaxşılaşdırılması və təhlükəsizlik tədbirlərinin artırılmasının vacibliyi vurğulanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin