Tərəvəz və meyvələrdə ölüm təhlükəsi - Yeni xəstəliyin adı: "Hidatid kist"

14:50 - 14 İyun 2024

Tərəvəz və meyvələrdə ölüm təhlükəsi - Yeni xəstəliyin adı:

Heyvanların nəcisində aşkar edilən parazitlər vasitəsilə yoluxan və müalicə olunmazsa ölümcül nəticələrə səbəb olan “Hidatid kist” xəstəliyi diaqnozu qoyulan ana və qızı xəstəxanaya yerləşdirilib.

 

Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində yaşayan 52 yaşlı Havva Sekmen və 27 yaşlı qızı Yasemin Sekmen öskürək və döş qəfəsində ağrı şikayətləri ilə Bursa Şəhər Xəstəxanasına müraciət ediblər. Müayinələr zamanı diaqnoz qoyulub ki, hidatik xəstəliyin heyvan nəcisində aşkar olunan parazitlərin meyvə-tərəvəzlə təması nəticəsində insana keçir.

Hidatik xəstəlik adətən “Echinococcus” adlı parazitlər tərəfindən ötürülür. Parazit yumurtaları it, pişik, çaqqal, tülkü, canavar kimi parazit daşıyan heyvanların nəcisi ilə ətraf mühitə səpilir.

Xəstəlik insanlara təbii yolla ətrafa yayılaraq meyvə, tərəvəz və içkilərdən, həmçinin çirklənmiş qidaların orqanizmə daxil olmasından, çox nadir hallarda tənəffüs yollarından və ya parazit daşıyan heyvanlara toxunduqdan sonra əllərin yaxşı yuyulmadığı halda keçir.

Qeyd edək ki, ana və qızı xəstəxanada qısa müddət müalicə aldıqdan sonra evə buraxılıblar.

 

Fidan Əliyeva

 


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin