Ağrı dağının zirvəsinə çıxan alpinist həyatını itirdi

16:43 - 14 İyun 2024

Ağrı dağının zirvəsinə çıxan alpinist həyatını itirdi

Ağrı dağının zirvəsinə qalxdıqdan sonra geri qayıdan üç iranlı alpinistdən biri , 47 yaşlı Ekber Helil yıxılaraq ölüb. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İrandan Ağrı dağına gələn 3 alpinist 3 gün əvvəl dağa qalxmağa başlayıb. 5 min 137 metr yüksəklikdəki zirvəyə çatan alpinistlər daha sonra geri dönməyə başlayıblar.

4600 metrə enən zaman alpinistlərdən Ekber Helil dağdan sürüşərək yıxılıb.

Alpinist həyatını itirib. Dostlarının xəbər verməsindən sonra polis və xilasetmə qrupları cəsədin çıxarılması üçün işə başlayıb.

Cəsədin xilasetmə helikopteri ilə dağdan endirilməsi gözlənilir. 

 

Fidan Əliyeva


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin