Şəhid Ceyhun Hüseynovun hüzr mərasimindən - VİDEOREPORTAJ

17:06 - 14 İyun 2024

Şəhid Ceyhun Hüseynovun hüzr mərasimindən  - VİDEOREPORTAJ

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər, Hüseynov Ceyhun Tofiq oğlunun Ordubad rayonunun Gənzə kəndində 3-7 mərasimi keçirilib.
 

Manset.az Bizim.Media/az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun dəfn olunduğu Gənzə kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərhumun hüzr mərasiminə yüzlərlə insan, müxtəlif bölgələrdən axın edib. Daha sonra Ordubad rayonu Gənzə kənd məscidində şəhidin ruhuna dualar oxunub, namaz qılınıb. 

Xatırladaq ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb. 

Onu da qeyd edək ki Ceyhun Hüseynovun hərbi xidmətdən tərxis olunmasına cəmi 20 gün qalmışdı.

Daha ətraflı hazırladığımız videoreportajda:


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin