Millimiz dünya çempionatının finalına vəsiqə qazandı

19:25 - 14 İyun 2024

Millimiz dünya çempionatının finalına vəsiqə qazandı

Azərbaycan millisi Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatında finala vəsiqə qazanıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, qrup mərhələsindəki sonuncu oyunda Özbəkistanla qarşılaşan yığma rəqibini 7:0 hesabı ilə üstələyib.

Bununla da qrup mərhələsində bütün oyunları qələbə ilə bitirən komanda finala çıxıb. Təmsilçimiz həlledici oyunda B qrupunu lider kimi tamamlayan Mərakeş komandası ilə qarşılaşacaq.

A və B qrupunda ikinci yeri tutan Özbəkistan və Nigeriya komandaları üçüncülük uğrunda qarşılaşacaqlar. Hər iki oyun iyunun 16-da keçiriləcək.

Qeyd edək ki, milli qrupda keçirdiyi əvvəlki oyunlarda Qazaxıstan, Türkiyə və Maltanı 5:0 hesabı ilə məğlub edib.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin