ADNSU beş kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında yer alıb

20:31 - 14 İyun 2024

ADNSU beş kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında yer alıb

Dünyanın ən nüfuzlü Beynəlxalq reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) “THE Impact 2024” reytinqi üzrə nəticələri elan edib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 601+ qrupunda yer tutub, digər iki istiqamət üzrə isə 801+ qrupunda qərarlaşıb.

ADNSU eyni zamanda, ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələri üzrə 1501+ sıralamasında dünyanın reytinqli universitetləri arasında yer alıb.

ADNSU 13-cü Dayanıqlı İnkişaf Məqsədi olan “İqlim Dəyişikliyinə Qarşı Mübarizə” üzrə və 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan “Keyfiyyətli Təhsil” üzrə də eyni uğurlu nəticəni əldə edib və dünyanın ən reytinqli universitetləri arasında 601-800 qrupunda yer tutub.

5-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Gender Bərabərliyi” üzrə və 7-ci Dayanıqlı İnkişaf Məqsədi olan “Sərfəli və Təmiz Enerji” üzrə ADNSU dünyanın ən reytinqli universitetləri arasında 801-1000 qrupunda dəyərləndirilib. Qeyd olunan uğurlardan əlavə, ADNSU 17-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə isə 1501+ sıralamasında qərarlaşıb.

 


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin