G7 ölkələri Rusiyanı hədələdi

21:52 - 14 İyun 2024

G7 ölkələri Rusiyanı hədələdi

G7 ölkələri Rusiyanı Ukrayna münaqişəsində nüvə silahından istifadə ediləcəyi təqdirdə nəticələri ilə hədələyib.


Manset.az “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, bu barədə İtaliyada keçirilən G7 sammitinin yekun bəyanatında bildirilib.


“Böyük yeddilik ölkələri vurğulayırlar ki, Rusiyanın Ukraynadakı münaqişədə kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarından istənilən istifadəsi ciddi nəticələrə səbəb olacaq”, - bəyanatda qeyd olunub.


Sənədin mətnində G7 əlavə olaraq Moskvanı “nüvə sınaqlarına qoyulan moratoriuma əməl etməyə” çağırıb.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin