Zaqatalada yaşayış evi yandı

23:16 - 14 İyun 2024

Zaqatalada yaşayış evi yandı

Zaqatalada fərdi yaşayış evi yanıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, rayonun Bəhmətli kəndində, kənd sakini Vəzifə Sədrəddin qızı Məmmədovaya məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin