Ermənistanda kütləvi həbslər başladı

13:55 - 15 İyun 2024

Ermənistanda kütləvi həbslər başladı

İrəvanda kütləni maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu "Vətən Uğrunda Tavuş" hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.


Manset.az Apa-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə yaradılan sosial şəbəkə hesablarında ayrı-ayrı şəxsləri kütləvi etiraz aksiyalarında iştiraka təhrik etmək və bunun qarşılığında onlara müxtəlif məbləğlərdə vəsaitin verilməsi məsələləri müzakirə edilib.

Məlumatda həmçinin sözügedən paylaşımların mayın 25-dən iyunun 6-dək mütəmadi olaraq edildiyi, eləcə də bu məsələnin həm telefon danışıqları, həm də "Daşnaksütyun" partiyasının ofisindəki toplantılarda gündəmə gətirildiyi bildirilib.

Eyni zamanda, istintaqla müəyyən edilib ki, həmin tarixlərdə haqqında bəhs olunan partiyanın yerli təşkilatlarının rəhbərləri arasında insanların mitinqlərə gətirilməsinin təşkilinə dair müəyyən söhbətlər aparılıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin