Xudatda 2 narkotacir saxlanıldı

16:50 - 15 İyun 2024

Xudatda 2 narkotacir saxlanıldı

Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov və Xəyal Zülfüqarov saxlanılıblar.

Onlardan psixotrop maddə olan metamfetamin və metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin