Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik etdi

22:14 - 15 İyun 2024

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Manset.az xəbər verir ki, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz birlikdəyik...Bizim sözümüz birdir...Bizim gücümüz birdir”.

Təbrik mətnində qeyd edilib: “Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” kəlamının işığında qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə dəstəkləyəcəyik”.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin