Şuşada daha 2 məscid inşa edilir

22:41 - 15 İyun 2024

Şuşada daha 2 məscid inşa edilir

Şuşa şəhərində dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən 18-i indiyədək bərpa edilib, iki yeni məscid tikilir.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" beynəlxalq konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı:

"Prezidentin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb və nəticədə dörd il ərzində şəhərdə dörd məscid tam şəkildə bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla iki yeni məscidin inşasına başlanılıb".


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin