İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları dayandırıb

10:05 - 16 İyun 2024

İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları dayandırıb

İsrail ordusu Qəzza zolağının cənubundakı döyüşlərdə taktiki fasilə verildiyini açıqlayıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "АВС" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hərbçilər bildiriblər ki, Rafah bölgəsində fasilə hər gün yerli vaxtla səhər saat 8-dən axşam saat 7-yə qədər növbəti xəbərdarlığa qədər qüvvədə olacaq.

Fasilə verilməsində məqsəd humanitar yardım daşıyan yük maşınlarının "Kerem-Şalom" keçid məntəqəsindən keçməsini təmin etməkdir.

Qeyd olunub ki, İsrail tərəfi BMT və beynəlxalq yardım agentlikləri ilə fasilənin tətbiqi ilə bağlı razılığa gəlib.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin