Tərtərdə əməliyyat zamanı çətənə kolları aşkar edildi - VİDEO

12:17 - 16 İyun 2024

Tərtərdə əməliyyat zamanı çətənə kolları aşkar edildi - VİDEO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən rayon sakini Aydın Hidayətov saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, onun həyətyanı sahəsinə baxış zamanı 33 ədəd çətənə bitkisi aşkar edilib.

Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin