Pakistanda sərnişin avtobusu aşıb - Ölənlər və yaralılar var

16:24 - 16 İyun 2024

Pakistanda sərnişin avtobusu aşıb - Ölənlər və yaralılar var

Pakistanın cənubunda Karaçi-Sukkur marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The News” qəzeti məlumat yayıb.

İnsident Xeyrpur şəhəri (Sind əyaləti) yaxınlığında baş verib. Belə ki, avtobus sürücüsü ötmə manevrini yerinə yetirən zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və 3 sərnişin həlak olub, daha 14 nəfər yaralanıb.

Yaralıların hamısı Xeyrpur xəstəxanasına çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin