Azərbaycan millisi dünya çempionu oldu

16:40 - 16 İyun 2024

Azərbaycan millisi dünya çempionu oldu

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi adını qazanıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə komanda Mərakeş yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.

Qeyd edək ki, dünya çempionatına iyunun 10 da start verilib. Yarışda 10 komanda iki qrupa bölünməklə iştirak edib.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin