Almaniya əfqanları ölkədən çıxarır

18:46 - 16 İyun 2024

Almaniya əfqanları ölkədən çıxarır

Almaniya Daşkəndlə əfqan qaçqınlarının Özbəkistan vasitəsilə öz vətənlərinə aparılması imkanlarını müzakirə edir.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniya daxili işlər naziri Nensi Feserin tapşırığı ilə rəsmilərdən ibarət nümayəndə heyəti mayın sonunda miqrasiya və deportasiya paktını müzakirə etmək üçün Daşkəndə səfər edib.

“Sığınacaqdan məhrum edilən və Almaniyadan deportasiya edilən məhdud sayda əfqanların Özbəkistana, daha sonra qonşu Əfqanıstana göndərilməsi planlaşdırılır. Kabilə uçuşlar özəl aviaşirkət tərəfindən həyata keçiriləcək”, - məlumatda bildirilib.

Qeyd olunub ki, rəsmi Daşkənd öz növbəsində sazişə Özbəkistandan Almaniyaya ixtisaslı işçilərin qanuni miqrasiyasına imkan verən ikitərəfli müddəaların daxil edilməsini istəyir.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin