“Mançester Siti”nin Qvardiola ilə bağlı planı

18:54 - 16 İyun 2024

“Mançester Siti”nin Qvardiola ilə bağlı planı

“Mançester Siti” Xosep Qvardiolaya yeni müqavilə təklif etməyə hazırlaşır.

Manset.az İdman.biz-ə istinadən xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin məvacibi artırmaq arzusundadır.

İspaniyalı məşqçinin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında bitəcək. Onun hazırki maaşı 23,7 milyon avrodur. Bir neçə gün əvvəl Qvardiola gələn mövsümün sonunda “Mançester Siti”ni tərk etmə ehtimalını bildirib.

Qeyd edək ki, ispaniyalı məşqçi 2016-cı ildən komandaya rəhbərlik edir. “Şəhərlilər” 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 1 dəfə Çempionlar Liqası titulunu qazanıb.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin