Nişanlısı ilə mübahisə edən gənc özünü bıçaqladı

10:44 - 17 İyun 2024

Nişanlısı ilə mübahisə edən gənc özünü bıçaqladı

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

 

Manset.az  APA-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Yeni Sahə adlanan ərazidə 2004-cü il təvəllüdlü Anar Şahin oğlu Məmmədov nişanlandığı xanımla mübahisə edib.

Yaxınlarının verdiyi məlumata görə, xanım ayrılmaq qərarına gəlib. Qərara etiraz olaraq A.Məmmədov bıçaqla özünə bir neçə xəsarət yetirib.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin