Macar parlamentarilər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

12:25 - 17 İyun 2024

Macar parlamentarilər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

Macar parlamentarilər ulu öndər Heydər Əliyevin məzarını şəhidlər xiyabanını ziyarət ediblər.

 

Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin