Astronavtlar kosmosda qapalı qaldı

14:51 - 17 İyun 2024

Astronavtlar kosmosda qapalı qaldı

NASA-nın iki astronavtını daşıyan Boeing-in Starliner servisinin Yerə qayıtması ikinci dəfə təxirə salınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mekikin geri qayıtma tarixi ən erkən iyunun 22-si olaraq təyin olunub.

Bildirilib ki, “Starliner” kosmik gəmisi gəmidəki müxtəlif nasazlıqlar səbəbindən havaya qalxa bilməyib.

Qeyd olunub ki, “Starliner” komandası Butch Wilmore və Suni Williams Beynəlxalq Kosmik Stansiyada (BKS) şatlın hərəkət mexanizmini və lyuk əməliyyatlarını sınaqdan keçirəcək, həmçinin fövqəladə hallarda istifadə olunacaq kapsulun hazırlanması üçün təlimlər keçirəcək.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin