Leysan yağacaq, çaylar daşacaq - Xəbərdarlıq

15:13 - 17 İyun 2024

Leysan yağacaq, çaylar daşacaq - Xəbərdarlıq

İyunun 18-i gündüzdən 20-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin