Məşhur cütlüyün yeni klipi necə silindi? - Açıqlama

17:16 - 17 İyun 2024

Məşhur cütlüyün yeni klipi necə silindi? - Açıqlama

Son zamanlar gündəmdən düşməyən cütlük Elvin və Elvina yeni kliplərini izləyicilərinə təqdim edib.

Manset.az xəbər verir ki, klipin təqdimat mərasimində cütlük klip yayımlanmamışdan əvvəl başlarına gələn olaydan danışıblar.

Aktyor, müğənni Elvin Ağayev klip təqdimatında bunları qeyd edib: “Klipimizin çəklişi bitdikdən sonra hamı evinə getdi. Klipimizin rejissor və operatoru çəkilmiş materialları kompüterə köçürmək üçün ofisə getdikdə kartda heç bir video olmadığını görüblər. Bunu bizdən 3 gün gizlətdikdən sonra çətinliklə də olsa klipin videosunu karta geri qaytara biliblər. Biz isə bundan xəbərsiz bütün saytlara, səhifələrə klipimizin artıq hazır olduğunu bildirirdik. Çox şükür, bu gün hər şey yolundadı."

Qeyd edək ki, bir müddət əvvəl klipdəki görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

Sözü gedən klipi sizə təqdim edirik.

 



Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin