Super Liqanın ulduzu İtalyan nəhənginə transfer oldu

17:52 - 17 İyun 2024

Super Liqanın ulduzu İtalyan nəhənginə transfer oldu

İtaliya A Seriyasının komandalarından olan "Latsio" Superliqada aşağı liqaya düşən "Hatayspor"un ulduzu Fisayo Dele-Başirunu heyətinə qatmağa hazırlaşır.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Latsio"nun "Hatayspor"un ulduzunu 7 milyon avroya heyətinə qatmaq üzrə olduğu iddia edilib.

İtaliya komandası Dele-Başiru ilə də böyük ölçüdə razılığa gəlib.

23 yaşlı futbolçunun qısa müddət ərzində İtaliyaya gedəcəyi və sağlamlıq üçün yoxlamadan keçəcəyi bildirlib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin