Ukrayna Rusiyanın metallurgiya zavodunu vurdu

18:46 - 17 İyun 2024

Ukrayna Rusiyanın metallurgiya zavodunu vurdu

Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk Metallurgiya Zavoduna dörd Ukrayna PUA-sı hücum edib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

"Yalnız mülki məhsullar istehsal edən zavod adi qaydada fəaliyyətini davam etdirir. Zavod bu il artıq dördüncü dəfədir ki, hücuma məruz qalıb",- məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynaya məxsus PUA bazar ertəsi gecə Belqorod, Voronej və Lipetsk vilayətlərindəki hərbi obyektlərə də hücum edib.

Xüsusilə pilotsuz təyyarələr Novolipetsk Metallurgiya Zavodunu və yerli traktor zavodunu hədəf alıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin