ABŞ-də meşə yanğınları ilə əlaqədar 1200 nəfər təxliyə edildi

14:20 - 17 İyun 2024

ABŞ-də meşə yanğınları ilə əlaqədar 1200 nəfər təxliyə edildi

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında meşə yanğınının sürətlə yayılması nəticəsində 1200 nəfər təxliyə edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Kaliforniya Yanğınsöndürmə İdarəsinin açıqlama verib.

Bildirilib ki, Los-Anceles şəhəri yaxınlığında baş verən meşə yanğını 12 min hektardan çox əraziyə yayılıb.

Açıqlamada yanğının yayıldığı ərazilərdə yanğınsöndürmə briqadalarının olduğu qeyd edilib.

Yanğının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Güclü külək və rütubət səbəbindən Los-Anceles Milli Meteoroloji Xidməti tərəfindən qırmızı xəbərdarlıq edilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin