"Qalatasaray"ın prezidentinin sərvəti bilindi - Mal-mülkünün siyahısı açıqlandı

09:41 - 18 İyun 2024

İkinci dəfəQalatasarayİdman Klubunun prezidenti olan Dursun Özbek var-dövləti ilə maraq doğurur. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, tanınmış iş adamıdır. Xüsusilə avtomobil və turizm sektorlarında mühüm rol oynayır.

Türkiyənin ən varlı adamları sırasında olduğu üçün hər il Forbes jurnalında onun haqqında məqalə dərc olunur.

Özbek Qalatasaray Liseyini və İstanbul Texniki Universitetinin maşın mühəndisliyi fakültəsini bitirib. 

1974-cü ildən bəri avtomobil sektorunda fəaliyyət göstərir.

1988-ci ildən isə İstanbul və Ankarada Nippon və Point Hotel şəbəkələri, Antalyada isə Kimeros və Mabiçe otelləri ilə turizm sektorunda həm investor, həm də sahibkar kimi fəaliyyət göstərir.

Mesude Özbeklə ailəlidir. Cütlüyün Gökhan Özbek və Neslihan Özbek adlı iki övladı var.

Başkan alışverişte... | Caddeler

Galatasaray Kulübü Başkanı Dursun Özbek'ten Hatay'a ziyaret - Son Dakika  Spor Haberleri | NTV Spor&Skor

Qeyd edək ki, "Qalatasaray"ın prezidentinin sərvəti təxmini  300 milyon dollar civarındadır.

 

Fidan Əliyeva 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin