Türk hakim Avropa çempionatında verdiyi qərarlarla diqqət çəkdi

10:31 - 18 İyun 2024

Türk hakim Avropa çempionatında verdiyi qərarlarla diqqət çəkdi

2024-cü il futbol üzrə Avropa çempionatında Türkiyəni təmsil edən və ilk dəfə belə bir turnirdə iştirak edən yeganə türk hakim Halil Umut Meler Belçika-Slovakiya matçında verdiyi qərarlarla diqqət çəkib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Melerin VAR yoxlamasından sonra Slovakiyaya 1-0 uduzan Belçika komandasının futbolçusu Romelu Lukakunun hər iki qolunu birdən ləvğ etməsi matça damğa vurub.

Mövqeyi izləyən Meler belçikalı futbolçu Opendanın qoldan əvvəl topa əli ilə müdaxilə etdiyi üçün bu qolu etibarsız hesab edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin