Rza Zərrab Mayamidə yenidən ailə qurdu?

11:23 - 18 İyun 2024

Rza Zərrab Mayamidə yenidən ailə qurdu?

ABŞ-da mühakimə olunduğu iddiada etirafçı kimi həbsdən çıxan və adını dəyişərək özünə yeni həyat quran Rza Zərrabla bağlı yeni iddia gündəmə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 11 ildir evli olduğu məşhur müğənni Ebru Gündeşdən qalmaqallı bir şəkildə boşanan Rza Zərrabın Bursalı Dilara Altıntopla evləndiyi iddia edilib.

Sərbəst buraxılan Zərrab və Altıntopun son aylarda Mayamidə evləndiyi iddia edilib. Digər tərəfdən toyda çəkildiyi deyilən foto da ortaya çıxıb.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi embarqonu pozmaqda günahlandırılıb və ABŞ-da bir müddət həbsxanada qalıb.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin