Məşhur aktyor gizli tutduğu münasibətini açıqladı

12:24 - 18 İyun 2024

Məşhur aktyor gizli tutduğu münasibətini açıqladı

Ötən il aktrisa Ceyda Düvenci ilə 8 illik evliliyinə son qoyan tanınmış aktyor Bülent Şakrak məsləkdaşı Esra Akpınar ilə münasibətə başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir müddətdir münasibətini gizli tutan Şakrak İnstaqram hesabında Esra Akpınar ilə bağlı paylaşım edib.

Aktyor bir-birlərinə sevgiylə baxarkən çəkdirdiyi fotonu "Çiçək" qeydi ilə paylaşıb.

Qeyd edək ki, Bülent Şakrak 2015-ci ildə Ceyda Düvenci ilə ailə həyatı qurub və bu evlilikdən bir oğlu var.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin